AZ

"Barselona" müdafiəçi Obite Ndika ilə maraqlanır

Ajans.az "Diario Sport"a istinadən xəbər verir ki, sözügedən transfer cari mövsümün sonunda reallaşa bilər. Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 26 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Lakin oyunçunun "canavarlar"la 2028-ci ilin yayına qədər müqaviləsi var. Bununla belə, futbolçu özü də "Barselona"da oynamağa meyillidir.

Qeyd edək ki, Fransada "Oser"in yetirməsi olan Ndika 2023-cü ildə "Ayntraxt"dan (Almaniya, Frankfurt) "Roma"ya keçib.

Seçilən
101
2
Ajans.az

3Mənbələr