AZ

“Sumqayıt”a qalib gəlmək istəyirdik” – “Karvan-Yevlax”ın futbolçusu

“Qələbə üçün meydana çıxmışdıq. Bilirik ki, çətin vəziyyətdəyik və bunu dəyişmək üçün qələbə qazanmaq lazımdır”

Bu sözləri İdmanxeber.az saytına “Karvan-Yevlax”ın futbolçusu Rauf Rüstəmli “Sumqayıt” oyunu (1:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Düşünürəm ki, qalib gələ bilərdik, sadəcə diqqətsizlikdən qələbəni əldən verdik.
Qarşıdakı oyunlarda mütləq qələbə qazanmalıyıq və bunun üçün əlimizdən gələni edirik. İnşallah, sonda istədiyimiz nəticəyə nail olarıq”.

Rüstəmli qarşıdakı “Araz Naxçıvan” matçı barədə də danışıb:

“Araz Naxçıvan” çempionatda iddialı komandalardan biridir. Səfərdə oynayacağıq, çətin oyun olacaq. Amma 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olar”

Seçilən
66
idmanxeber.az

1Mənbələr