Bakı. Trend:
“Barselona” “Roma”nın müdafiəçisi Obite Ndikanı istəyir.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümünsonunda keçidi reallaşdıra bilər.
26 yaşlı mərkəz müdafiəçisinin “Roma” ilə müqavilə müddəti2028-ci il iyunun 30-na qədərdir.
Fil dişi Sahili millisinin üzvü özü də “Barsa”da oynamağa müsbətyanaşır.
“Oser”in yetirməsi olan futbolçu 2023-cü ildə “Ayntraxt”dan(Frankfurt) “Roma”ya keçib.