ABŞ Prezidentinin “xüsusi elçisi” Stiv Uitkov və Trampın kürəkəni Cared Kuşnerin İsrailə səfəri təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin 12-ci Kanalı mənbələrə istinadən məlumat yayıb.
Daha öncə bildirilmişdi ki, səfər martın 10-a planlaşdırılıb. Bəzi ekspertlər iddia edirdilər ki, bu səfərin əsas məqsədi Netanyahu ilə İrana hücumun dayandırılmasını müzakirə etməkdir. Görünür, bu variant artıq aktual deyil.
Tural