AZ

Məşhur türkiyəli futbol məşqçisi qəfil vəfat edib

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Livan Premyer Liqasında çıxış edən “Nejmeh” klubunun türkiyəli baş məşqçisi Engin Fırat qəfil vəfat edib.

İdman.Biz “Fanatik” nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis dünən Livandan ölkəsinə dönərkən İstanbul Hava Limanında ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, Engin Fıratın zəngin məşqçilik karyerası olub. O, 2002-ci ildə “Fənərbağça” klubunda baş məşqini köməkçisi kimi işləyib, həmçinin Türkiyənin "Sivasspor" klublarında müxtəlif vəzifələri icra edib.

Engin Fırat İranda da yaxşı tanınır O, “Saipa” və “Sepahan” klublarını çalışdırıb. E. Fırat 2019-cu ildə Moldova millisinin baş məşqçisi təyin olunub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
109
1
icma.az

2Mənbələr