6 min il əvvəl nəsli kəsilmiş heyvanlar TAPILDI
Avstraliyalı tədqiqatçıların apardığı araşdırmalar nəticəsində opossumlar ailəsinə aid iki fərqli növün canlı fərdləri tapılıb. Ajans.az xəbər verir ki, bu barədə Avstraliya Muzeyinin “Records” jurnalında məlumat dərc olunub. Məlumata görə, alimlər Cendravasih yarımadasının tropik meşələrində ağac boşluqlarında yaşayan halqavari opossum və təxminən 200 qram çəkisi olan cırtdan uzunbarmaqlı opossum növlərini aşkar ediblər. Tədqiqatçılar bildiriblər ki, ikinci növ xüsusilə unikaldır. Belə ki, bu heyvanın hər əlində dördüncü barmaq digərlərindən təxminən iki dəfə uzun olur. Bu xüsusiyyət ona ağac qabığındakı çatlarda gizlənən sürfələri asanlıqla çıxarmağa imkan verir. Alimlərin sözlərinə görə, opossumları müqəddəs hesab edən yerli Papua qəbilələri – Maibrat və Tambrauw nümayəndələri bu heyvanların tapılmasında tədqiqatçılara kömək ediblər.