ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Kimsə sevib ailə qurursa, buna pis baxmıram. Bu hissi yaşamadığıma görə deyə bilmərəm ki, sən niyə belə etdin. Deyirlər, sevgi olmasa, övlad necə əmələ gəlir? Mən ailə qurub yaşamışam, övladlarım var. Ailə sevgisidir, yaşayırsan".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Həftənin qonağı" verilişində deyib. O, həyat yoldaşı ilə sevmədən ailə qurduğunu bildirib:
"Həyat təcrübəmdən gördüm ki, kim kimi sevirdisə, dərdindən ölürdüsə, onlar ailə qurandan sonra bir-biriləri ilə dava edirdilər. Bir-birilərini qısqanırdılar. Deyirdim ki, vay, sevgi budur? Belə sevgi olar? İnsan bir-birini bu qədər qısqanar? Necə birgə yaşayırlar? Bunların hamısı bir dərsdir. Allah insanı ali yaradıb. Göz verib görmək, ağıl verib başa düşmək üçün. Bizim heyvandan fərqimiz anlamağımızdır. Mən anladığım halda gərək onun yaşadığı həyatı yaşayım? Bir-birilərindən ötrü ölürlər, amma savaşırlar. Niyə elə həyat yaşayıb gündə döyülməliyəm? Sevgi budur? Belə sevgi olar?".
E.Abdullayeva qayınanasının vəfatından sonra səhnəyə çıxmasına mənfi münasibət bildirənlərə belə cavab verib:
"Mən deyirdim ki, müğənni olacağam. Qapımıza gələnlərin imkanına baxmırdım. Qayınanagil musiqiçi ailəsi idi. Mənə qol-qanad gəldilər. Qayınanam dedi ki, sən oxumalısan. Buna görə onları çox sevdim.
Atam rəhmətə gedəndən bir həftə sonra toya getdim. Çünki öncədən danışmışdım. Amma qayınanam rəhmətə gedəndən sonra müəyyən vaxt keçdi. Dedilər ki, toya getdi. Sizin qayınanız öləndən sonra işə getmirsiniz? Necə belə boşboğaz danışmaq olar?"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.