“Barselona” “Roma”nın müdafiəçisi Evan Ndikanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu keçidi mövsümün sonunda reallaşdırmağı planlaşdırır.
26 yaşlı Fil Dişi Sahili millisinin üzvünün “Roma” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun özü də “Barselona”ya keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Oser”in yetirməsi olan Ndika 2023-cü ildə “Ayntraxt”dan (Frankfurt) “Roma”ya transfer olunub.