AZ

Tehranda Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək



Bu gün Müctəba Xameneinin İranın yeni ali rəhbəri kimi andiçmə mərasimi bu gün paytaxt Tehranda keçiriləcək. Təşkilatçıların verdiyi məlumata görə, mərasim yerli vaxtla saat 15:00-da başlayacaq və Azadi (Azadlıq) meydanında təşkil olunacaq. Mərasimdə dövlət rəsmilərinin, hərbi və dini nümayəndələrin, eləcə də çoxsaylı vətəndaşların iştirakının gözlənildiyi bildirilir. Xatırladaq ki, Ekspertlər Şurası (Şura-ye Xobreqan) tərəfindən keçirilən səsvermə nəticəsində Müctəba Xamenei ölkənin yeni Ali Lideri seçilib. Yayılan məlumata görə, bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Müctəba Xameneinin liderlik üçün hazır olduğunu və atasının yolunu davam etdirəcəyini bildirib. Bununla bağlı, Laricani özünün "X" hesabında paylaşım edib. "Müctəba Əli Xameneinin məktəbində tərbiyə alıb. İnşallah, onun hüzuru xeyir və bərəkət gətirər", - deyə, Laricani vurğulayıb. Onun sözlərinə görə, Müctəba Xamenei atasının təlimlərinə uyğun olaraq ölkəyə rəhbərlik edə biləcək. "Ümid edirik ki, Müctəba Xameneinin rəhbərliyi altında İran öz inkişaf yolunu davam etdirəcək", - deyə, Laricani qeyd edib. İradə SARIYEVA
Seçilən
79
baki-xeber.com

1Mənbələr