AZ

Belarusun özbəklərə borcu var - Görün Lukaşenko nələr dedi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Özbəkistandan olan miqrantları hər zaman qəbul etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "BelTA" yayıb.

Özbəkistanın Belarusdakı səfiri Rəhmətulla Nəzərovla görüşən dövlət başçısı qeyd edib ki, respublikada çox sayda özbək yaşayır və ölkəsi onları məmnuniyyətlə qəbul etməyə davam edir.

"Buraya gəlmək qərarına gəlsələr, çox zəhmətkeş özbək insanlarını görməyə həmişə şadıq", - deyə Lukaşenko vurğulayıb.

Prezidentin sözlərinə görə, Belarusda miqrantlara qarşı qaydalar sərtdir, lakin "bu, gələnlər üçün bəlkə də daha yaxşıdır".

Seçilən
99
publika.az

1Mənbələr