“Real”ın hücumçusu Kilian Mbappe zədəsini tam sağaltmadığı üçün UEFA Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə ilk oyunu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçunun İngiltərədə keçiriləcək cavab matçında iştirakı da sual altındadır. Mbappeyə yaxın şəxslər onun tam sağalmadan meydana qayıtmayacağını bildiriblər.
27 yaşlı hücumçu bu mövsüm 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.