Bu gün Azərbaycan II Liqasında 2 oyun keçirilməlidir.
Fanat.Az-ın məlumatına görə, bununla belə, saat 15:00-da başlamalı olan görüşlərdən biri hələ də start götürməyib.
"Şəmkir" - "Xankəndi" qarşılaşmasının startı yubanır. Bir saata yaxın vaxt ötsə də, görüş başlamayıb. Bunun forma ilə bağlı problemdən qaynaqlandığı bildirilir.
PFL məsələni yoluna qoymağa çalışır.