AZ

“Sumqayıt”ın futbolçusu Albaniya klubunun HƏDƏFİNDƏ

Azərbaycan millisinin və "Sumqayıt"ın üzvü Səbuhi Abdullazadə xarici klubların diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, Albaniyanın "Partizani" klubu "Sumqayıt"ın kapitanını heyətinə qatmağı planlaşdırır.

Albaniya nəhəngi mövsümün sonunda Abdullazadə üçün hərəkətə keçəcək.
 

Əslində, onlar Səbuhi ilə mövsümün əvvəlindən maraqlanır. Mövsüm başa çatdıqdan sonra "Partizani" rəsmiləri millimizin futbolçusunun keçidi üçün danışıqlar aparacaq.


Qeyd edək ki, 24 yaşlı futbolçunun "Sumqayıt"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Bizim.Media

Seçilən
61
1
bizim.media

10Mənbələr