AZ

"O, 50 dəfə məni satqın adlandırdı" - Joze Mourinyu

"O, 50 dəfə məni satqın adlandırdı. Niyə satqın olduğumu izah etməsini istədim".

Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, bu sözləri Portuqaliya çempionatının 25-ci turunda "Portu" ilə evdə 2:2 hesablı bərabərliyə razılaşan "Benfika"nın baş məşqçisi Joze Mourinyu deyib.

Mour sözügedən qarşılaşmanın ardından qonaq komandanın baş məşqçisi Luço Qonsaleslə nə danışdığını açıqlayıb: "Mən "Portu"nun baş məşqçisi olmuşam. Orada bütün ruhumla işləmişəm. Sonra "Çelsi", "İnter", Madrid "Real"ında hər günümün 24 saatını işimə həsr etmişəm. Bu, peşəkarlıq adlanır. Özü "Olimpik Marsel"ə gedəndə "Portu"nu satmamışdı? Qonsales daha yaxşı variant tapa, məni başqa cür təhqir edə bilərdi. Amma onun etdiyi mənim peşəkarlığıma hücumdur".

Toğrul

Seçilən
83
fanat.az

1Mənbələr