“Milan” yay transfer dövründə “Mançester Siti”nin müdafiəçisi Natan Akeni heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu niderlandlı futbolçu ilə ötən il də maraqlansa da, tərəflər razılığa gələ bilməmişdi. “Qırmızı-qaralar” mövsümün sonunda transfer danışıqlarını yenidən başlatmağı planlaşdırır.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2020-ci ildən “Mançester Siti”də çıxış edir və onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.