“Kəpəz”in müdafiəçisi Cefferson Bentu qış fasiləsində vətəni Braziliyaya getdi, qayıtmadı. Kluba da bildirdi ki, gəlmək fikrim yoxdu, xanımım Azərbaycanda yaşamaq istəmir. Maraqlıdı ki, futbolçunun Gəncə təmsilçisi ilə ikiillik müqaviləsi də var idi.
22 yaşlı stopper özünə yeni komanda tapmalı və onun klubu “Kəpəz”ə kompensasiya ödəməliydi. Artıq Bentu Braziliyanın B seriyasında çıxış edən “Avai” ilə anlaşıb. Axı futbolçunun başqa klubla müqavilə imzalaması üçün “Kəpəz”dən transfer vərəqini alması lazımdı. Bəs bu məsələ necə tənzimlənib?
“Football-plus.az” məsələni klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasovla aydınlaşdırdı. Onun dediyinə görə, futbolçuya bir neçə həftə vaxt verilmişdi ki, özünə klub tapsın. Həmin vaxt başa çatandan sonra FİFA-ya şikayət edilib. Bu şikayətə də mövsümün sonunda baxılacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta