AZ

Bazarda qeyri-müəyyənlik, ölkələrdə çaşqınlıq: NƏ OLACAQ?

Avropada qaz qiymətləri 2022-ci il enerji böhranından bəri ən kəskin artımını yaşayıb. 

Fevral ayının sonundan bəri artım 115% təşkil edib, o cümlədən bazar ertəsi günü 68,8 avro/MVt/saata (təxminən 1000 kubmetr üçün 835 dollar) yüksəlib. 

“Cebheinfo.az” xəbər verir ki, Avropa LNG tədarükünü dayandıran Qətərdən çox qaz almasa da, azalan resurslar uğrunda digər alıcılarla rəqabət aparmalı olacaq.

Hazırkı böhran 2022-ci il böhranı ilə müqayisədə hələlik azdır. O dövrdə Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Avropada qaz qiymətləri 80-90 avro/MVt/saata yüksəlmişdi. 

Bunun səbəbi  “Qazprom”un müharibədən təxminən altı ay əvvəl qazı spot bazarda satmaması və Avropa anbarlarında saxlaması idi. 2022-ci ilin avqust ayında qiymət 340 avro/MVt/saatdan (o zaman 1000 kubmetr üçün təxminən 3600 dollar) çox yüksək həddə çatdı.

Avropa Birliyi ölkələri Hörmüz boğazını bağlayan müharibə səbəbindən LNG tədarükünü dayandıran Qətərdən mayeləşdirilmiş təbii qaz idxalının 6-8%-ni alırdılar. ABŞ isə təxminən ehityacın 60%-ni ödəyirdi. 

Məsələn, Çin isə 25-30%-ni Qətərdən alır. Ümumilikdə, Yaxın Şərq dövlətinin qlobal mayeləşdirilmiş təbii qaz bazarındakı payı 20%-dir. 

“Bernstein” analitikləri yazır ki, əgər Berlin əlavə bir ABŞ qaz tankeri istəyirsə, onun Tokioya getməsinin qarşısını almaq üçün kifayət qədər yüksək qiymət ödəməli olacaq, çünki qaz uğrudan rəqabət getdikcə artır. “Bloomberg” isə qeyd edir ki, Avropaya gedən bir neçə mayeləşdirilmiş təbii qaz tankeri artıq ötən həftə Asiyaya geri dönüb.

İsti hava Avropanı yeraltı anbarlardakı  qazda istifadəni azaltsa da, ölkələr cari istilik mövsümünü çox aşağı ehtiyatlarla başa vurur. Hazırda bu rəqəm 30%-dən azdır,  halbuki son beş ildə orta hesabla təxminən 45% olub. 

Bu, o deməkdir ki, ölkələr növbəti mövsüm üçün daha böyük həcmdə qaz almalı olacaqlar, təbii ki, tələbat çox olduğuna görə qiymət də baha olacaq.

Lakin Qətərin Enerji Nazirliyindən “Financial Times” qəzetinə verilən açıqlamada deyilir ki, Yaxın Şərqdəki münaqişə dərhal başa çatsa belə, ölkənin normal təchizat dövrünə qayıtması üçün həftələr yox, aylar lazım olacaq. Bu isə bazarda qeyri-müəyyənlik, ölkələrdə isə çaşqınlıq yaradır.

Seçilən
73
1
cebheinfo.az

2Mənbələr