AZ

Gürcü Premyer Liqa nəhənglərinin hədəfində

PSJ-nin vingeri Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə “MatchDay Central” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, gürcü futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. “Qırmızı şeytanlar” hesab edir ki, Xviça Kvaratsxeliya ilə Bruno Fernandeşin tandemi komandaya çempionluq uğrunda mübarizə aparmağa kömək edə bilər.

Gürcü ulduzun xidmərində MY ilə yanaşı “Arsenal” da maraqlıdır.

Xviça Kvaratsxeliya 2025-ci ildə “Napoli”dən PSJ-yə 80 milyon avro qarşılığında transfer olunub. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
37
publika.az

1Mənbələr