İslam Respublikasında Müvəqqəti Liderlik Şurasının fəaliyyəti rəsmi olaraq başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Keşikçilər Şurasının sözçüsü Hadi Tahan Nazif açıqlayıb.
"Dünən gecə Ekspertlər Məclisi Katibliyinin elanına əsasən, İslam İnqilabının üçüncü lideri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei seçildi. Bu seçki və təqdimatla müvəqqəti Liderlik Şurasının işi faktiki olaraq başa çatdı", - deyə o qeyd edib.