AZ

Burhanettin Duran İrandan Türkiyəyə atılan ballistik raketlə bağlı AÇIQLAMA

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran ölkənin hava məkanında zərərsizləşdirilən raketlə bağlı açıqlama verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, öz "X" hesabında paylaşım edib.

"İrandan atılaraq ölkəmizə doğru yönəldiyi aşkarlanan ballistik raket Qaziantepin Şahinbey rayonu üzərindəki səmada NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisə ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib, lazımi müdafiə və təhlükəsizlik tədbirləri dərhal işə salınıb. Bu kontekstdə başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün müvafiq qurumlar tam koordinasiyalı şəkildə hərəkət edirlər. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətimizin iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün günorta saatlarında İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib. Raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
1
oxu.az

2Mənbələr