Avstraliyalı alimlər Yeni Qvineyada opossum ailəsinin fərqli növünə aid iki canlı nümunə tapıblar.
Publika.az xəbər verir ki, "Records of the Australian Museum" jurnalına görə, bu opossumların 6000 il əvvəl nəsli kəsilmiş olduğu düşünülürdü.
Çendravasih yarımadasının tropik meşələrində ağac boşluqlarında yaşayan halqavari opossum və təxminən 200 qram ağırlığında cırtdan uzun barmaqlı opossum aşkar edilib..
İkinci heyvan, hər əlin dördüncü barmağının digərlərindən iki dəfə uzun olması ilə unikaldır və bu da qabıqdakı çatlardan sürfələri məharətlə çıxarmağa imkan verir.