AZ

“Ayntraxt” Addaini transfer etmək İSTƏYİR

Almaniyanın “Ayntraxt” klubu “Qarabağ”ın vingeri Emmanuel Addainin transferində israrını davam etdirir. 

Bizim.Media xəbər verir ki, Bundesliqa təmsilçisi qanalı futbolçunun keçidini qısa müddətdə həll etmək niyyətindədir. 

Çünki Addainin xidmətində Avropanın başqa klubları da maraqlıdır. Frankfurtlular isə mübarizədən qalib ayrılmaq üçün onunla tez bir zamanda şəxsi müqaviləni imzalamaq istəyir. 

Məlumata görə, Addai istənilən halda yayda “Qarabağ”ı tərk edəcək və böyük ehtimalla “Top-5” liqalardakı klublardan birinə keçəcək. Bu, onun Qana millisinə də yolunu açacaq. 

“Qarabağ”ın isə oyunçu ilə müqaviləsini yeniləməyə çalışdığı vurğulanıb. 
 

Azərbaycan çempionu bu yolla onun transferindən gəlir əldə edə bilər. Əks təqdirdə, oyunçu mövsümün sonunda azad agent kimi istədiyi komandaya keçə bilər.Çünki onun ağdamlılarla müqavilə müddəti yaya qədərdir. 


Qeyd edək ki, Emmanuel Addai “Qarabağ”a 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan keçib.

Bizim.Media

Seçilən
34
bizim.media

1Mənbələr