AZ

"Liverpul" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq

Yazını böyüt
Yazını kiçilt

"Liverpul" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qalatasaray"ın qonağı olacaq.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə çempionu matça ciddi itkilərlə çıxacaq.

Qapıçı Alisson Beker, müdafiəçi Konor Bredli, yarımmüdafiəçilər Vataru Endo, Federiko Kyeza və hücumçu Aleksandr İsak komandaya kömək edə bilməyəcək. Zədəli olan futbolçular kollektivlə birlikdə İstanbula aparılmayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Seçilən
70
5
hafta.az

6Mənbələr