AZ

Qlobal reytinq agentliklərinin qiymətləndirmələri: Azərbaycan iqtisadiyyatı və bank sektoru sabitliyini qoruyur

Bakı. Trend:

Son illərdə qlobal iqtisadiyyatda artan geosiyasi risklər,enerji bazarlarında dəyişkənlik və maliyyə bazarlarındaqeyri-müəyyənlik fonunda ölkələrin iqtisadi dayanıqlığı beynəlxalqreytinq agentliklərinin qiymətləndirmələrində xüsusi yer tutur. Bukontekstdə Azərbaycan iqtisadiyyatı və bank sistemi ilə bağlıaparıcı qlobal maliyyə institutlarının son hesabatları ölkəninmaliyyə sabitliyinin möhkəm əsaslara söykəndiyini göstərir. Buqurumların təhlillərinə əsasən deyə bilərik ki, Azərbaycanınmakroiqtisadi sabitliyi, yüksək strateji valyuta ehtiyatları vəgüclü bank sektoru ölkə daxili ilə yanaşı, həm də regionda iqtisadisabitliyin qorunmasında mühüm rol oynayır.

"Moody’s" agentliyinin son hesabatına görə, Azərbaycanın banksistemi üzrə proqnoz “müsbət” olaraq qalır. Agentlik hesab edir ki,ölkədə əlverişli əməliyyat mühiti və dövlət dəstəyi yaxın 12–18 ayərzində bank sektorunun sabitliyini təmin edəcək.

Hesabatda qeyd olunur: “Əlverişli fəaliyyət şəraiti növbəti12–18 ay ərzində aktivlərin keyfiyyətini və gəlirliliyidəstəkləyəcək, tənzimləyici tələblərin sərtləşdirilməsi isəkapitalın möhkəmlənməsinə və likvidliyin idarə olunmasınınyaxşılaşmasına kömək edəcək”.

Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda aktivlərinkeyfiyyətinin yüksək qalması qeyri-neft sektorunda artım vəgəlirlərin yüksəlməsi ilə birbaşa bağlıdır. Bu isə kreditportfellərinin genişlənməsinə və bankların dayanıqlığının artmasınaşərait yaradır.

Problemli kreditlərin payı da beynəlxalq standartlarlamüqayisədə aşağı səviyyədədir. 2025-ci ilin sonunda bu göstəriciümumi kredit portfelinin təxminən 2,5 faizi təşkil edib ki, bu dabank sektorunun sağlam maliyyə strukturuna malik olduğunugöstərir.

Azərbaycan banklarının kapitallaşma səviyyəsi də beynəlxalqagentliklər tərəfindən yüksək qiymətləndirilir. "Moody’s" qeyd edirki, ölkədə fəaliyyət göstərən reytinqli bankların əsas kapitalınınrisklə ölçülmüş aktivlərə nisbəti orta hesabla 20 faiz təşkiledir.

“Azərbaycanın reytinqli bankları dayanıqlı kapital buferlərinəmalikdir və daxili kapital formalaşması yüksək kapitallaşmanıdəstəkləməyə davam edəcək”, - hesabatda vurğulanır.

Eyni zamanda bank sektorunda likvidlik göstəriciləri də kifayətqədər yüksəkdir. Sektor aktivlərinin təxminən 41 faizi likvidaktivlərdən ibarətdir ki, bu da xarici maliyyə şoklarına qarşıəlavə təhlükəsizlik buferi yaradır.

“S&P Global Ratings” agentliyi də Azərbaycan bank sektorunundayanıqlığını vurğulayır və kreditləşmənin yaxın illərdə sabitartım tempini qoruyacağını proqnozlaşdırır. Agentliyinhesablamalarına görə, 2026–2027-ci illərdə ölkədə kreditləşməninillik artımı təxminən 10–12 faiz təşkil edə bilər. Hesabatda qeydolunur ki, son illərdə bank sektorunda tənzimləməninmodernləşdirilməsi risklərin azalmasına mühüm töhfə verib:

“Tənzimləmə və nəzarətin modernləşdirilməsinə yönəlmiştəşəbbüslər sayəsində Azərbaycanda bank risklərinin azaldığınıhesab edirik”.

Bu prosesə risk əsaslı nəzarət modelinə keçid, korporatividarəetmə standartlarının gücləndirilməsi və beynəlxalq maliyyəhesabatı standartlarının tətbiqi kimi addımlar daxildir.

Azərbaycan iqtisadiyyatının ümumi inkişaf perspektivləri dəbeynəlxalq analitiklər tərəfindən müsbət qiymətləndirilir.

“ING Group” analitiklərinin proqnozuna görə, ölkədə real ÜDMartımı 2026-cı ildə 2,5 faiz, 2027-ci ildə isə 3 faiz səviyyəsindəola bilər. Artım əsasən qeyri-neft sektorunun genişlənməsi hesabınatəmin ediləcək. Bu prosesə nəqliyyat-logistika infrastrukturununinkişafı, bərpa olunan enerji layihələri və Qarabağ regionundaaparılan genişmiqyaslı bərpa işləri də töhfə verir.

Azərbaycanın strateji valyuta ehtiyatları da iqtisadi sabitliyinəsas faktorlarından biri kimi qiymətləndirilir. 2025-ci ilinsonunda ölkənin strateji ehtiyatları 85 milyard ABŞ dollarını keçibki, bu da beynəlxalq adekvatlıq standartlarından xeyliyüksəkdir.

Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və yüksəktexnologiyalara əsaslanan inkişaf modelinə keçidi prioritetistiqamətlərdən biri kimi müəyyən edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu istiqamətdə çıxışındaqeyd edib:

“İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasınıtəşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımınbaşlıca drayverinə çevrilib”.

Nazirin sözlərinə görə, son illərdə qeyri-neft sektorunda ortaillik real artım 5,9 faiz təşkil edib və bu sektorun ÜDM-də payı2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə yüksəlib.

Ümumilikdə, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatınınstruktur transformasiyasının sürətlə getdiyini göstərir.

Azərbaycan iqtisadiyyatının sabitliyi təkcə ölkə daxilindədeyil, region üçün də mühüm əhəmiyyət daşıyır. Enerji, logistika vəmaliyyə sektorlarında inkişaf Cənubi Qafqaz və Mərkəzi Asiyaölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Məsələn,nəqliyyat-logistika layihələri – xüsusilə Transxəzər BeynəlxalqNəqliyyat Marşrutunun inkişafı – Avropa ilə Asiya arasındaticarətin diversifikasiyasına töhfə verir. Bu isə regional iqtisadiinteqrasiyanı gücləndirir və beynəlxalq tədarük zəncirlərinin dahadayanıqlı olmasına imkan yaradır. Bundan əlavə, enerji və bərpaolunan enerji layihələrinə cəlb edilən xarici investisiyalar regionölkələri üçün yeni investisiya axınları və texnologiya transferiimkanları yaradır.

Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, qlobal geosiyasiproseslər də region ölkələrinin iqtisadi göstəricilərinə müəyyəntəsir göstərir. “ING Group” analitiklərinin qiymətləndirməsinəgörə, Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünyabazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycanınxarici balansına qısamüddətli dəstək verə bilər.

Analitiklər qeyd edirlər ki, neftin hər barelinin qiymətinindavamlı olaraq 10 dollar artması Azərbaycanın ixrac gəlirlərinitəxminən 3 milyard dollar artırır ki, bu da ölkə ÜDM-nin təxminən 4faizi həcmində əlavə iqtisadi təsir deməkdir. Büdcə baxımından isəbelə artım dövlət gəlirlərinə təxminən 1,5 milyard dollar əlavəvəsait gətirə bilər.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, Azərbaycanın güclümaliyyə ehtiyatları və sabit makroiqtisadi siyasəti qlobalgeosiyasi risklərin iqtisadiyyata təsirini məhdudlaşdırmağa imkanverir.

Qlobal reytinq agentliklərinin qiymətləndirmələri göstərir ki,Azərbaycan iqtisadiyyatı hazırda dayanıqlı makroiqtisadi siyasət,güclü maliyyə ehtiyatları və sabit bank sektoru hesabına regionunən sabit maliyyə sistemlərindən birinə çevrilir. Enerji resursları,inkişaf edən nəqliyyat-logistika infrastrukturu və artan qeyri-neftsektoru ölkəni Avropa ilə Asiya arasında mühüm iqtisadi körpü kimimöhkəmləndirir. Bu baxımdan Azərbaycanın iqtisadi və maliyyəsabitliyi milli inkişafla yanaşı, həm də regionun iqtisaditəhlükəsizliyi və qlobal ticarət marşrutlarının dayanıqlığı üçünstrateji əhəmiyyət daşıyır.

Seçilən
73
3
az.trend.az

4Mənbələr