AZ

Kilian Mbappedən möhtəşəm jest - ƏTRAFLI

Fransa millisinin və "Real Madrid"in super ulduzu Kilian Mbappe meydandakı uğurları ilə yanaşı, xeyriyyəçilik fəaliyyəti ilə də nümunə olmağa davam edir.

Fanat.Az xəbər verir ki, braziliyalı hücumçu atasının Kamerundakı doğma şəhəri olan Bonaberi, Bonendale qəsəbəsindəki dövlət məktəbinin əsaslı təmirini öz üzərinə götürüb.

Mbappenin maliyyə dəstəyi ilə məktəb binası tamamilə yenidən qurulub və müasir görkəm alıb.

Bu möhtəşəm jest nəticəsində qəsəbənin gənc sakinləri daha yaxşı təhsil şəraiti ilə təmin olunublar.

Seçilən
62
1
fanat.az

2Mənbələr