AZ

​Dünyada ən çox eşşək bu ölkədədir

Dünyanın bir çox ölkəsində eşşək kəndlinin dostu sayılır. Bu zəhmətkeş heyvandan təsərrüfatın müxtəlif sahələrində istifadə edildiyi üçün insanlar onun nəslinin artırmağın qeydinə qalırlar. Metbuat.az xəbər verir ki, dünyada ən çox eşşək Efiopiyadadır. Bu Afrika ölkəsində 10 milyondan çox uzunqulaq var. Efiopiya iqtisadiyyatını eşşək olmadan təsəvvür etmək mümkün deyil. Siyahıda ikinci yerdə Sudan dayanır. Sudandakı eşşək sayı 7,5 milyondan çoxdur. Cənubi Afrika Respublikası da kənd təsərrüfatında eşşək gücündən ən çox istifadə olunan ölkələrdən biridir. Orada 6 milyon uzunqulaq var. Pakistanda 4,5 milyon eşşək var. Maraqlıdır ki, bu ölkədə eşşəkdən təkcə kənd yerlərində deyil, hətta böyük şəhərlərdə nəqliyyat vasitəsi kimi istifadə olunur.

Şıralamada beşinci yerdə Meksika qərarlaşıb. Meksikada 3 milyon uzunqulaq var.

Seçilən
122
metbuat.az

1Mənbələr