AZ

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri artıb

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 192 milyon 12,35 min ABŞ dolları dəyərində 12 min 642,95 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,5 dəfə çox və 77,1 azdır.

2026-cı ilin ilk ayında hava nəqliyyatı ilə 138 milyon 920,03 min ABŞ dolları (82,8 % az) dəyərində 944,89 ton (1,3 % az) idxal və 53 milyon 92,32 min ABŞ dolları (76 % çox) dəyərində 11 min 698,06 ton (153 dəfə çox) ixrac əməliyyatları həyata keçirilib.

Seçilən
109
2
far.az

4Mənbələr