“Football-plus.az” vaxtilə Niderlandda – “Tvente”də legioner həyatı yaşamış veteran futbolçunun bununla bağlı fikrini öyrənib. Belçika və Niderland bir-birinə yaxın ölkələrdi.
Bizim futbol onlardan çoxmu geri qalır? Hansı komponentlərdə uduzuruq?
Vaqif Cavadovun cavabı:
“Böyük təcrübə oldu. “Vesterlo” çempionatda orta sıralarda olsa da, inkişafı məni cəlb etdi. Buna görə də bu komandanı seçdim. Bu klubun futbol baxışına, infrastrukturuna təəccübləndim. Niderland və Belçika futbolu fərqlidi. Belçikada daha sürətli və atletik futbola üstünlük verilir. Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər. Ümid edirəm ki, bizdə də addım-addım inkişaf olacaq. Futbolçulara istənilən şəraiti quracağıq. Əsas komandada da, aşağı yaş qruplarında da yaxşı futbolçu yetişdirəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ