AZ

Tramp Avstraliyanı İranın qadın futbol komandasına sığınacaq verməyə çağırdı

BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avstraliyanın İranın qadın futbol komandasına sığınacaq verməsini istəyib.

Teleqraf xəbər verir ki, Amerika lideri "Truth Social"da qeyd edib: "Avstraliya İran qadın futbol komandasının İrana qayıtmağa məcbur edilməsinə və orada çox güman ki, öldürülməsinə icazə verməklə dəhşətli bir humanitar səhvə yol verir. Bunu etmə, cənab Baş nazir Entoni Albanese, sığınacaq verin. Əgər siz bunu etməsəniz, ABŞ onları qəbul edəcək".

Qeyd edək ki, İran qadın futbol komandası Avstraliyada keçirilən AFC Qadınlararası Kubokunda iştirak edir.

Seçilən
84
16
teleqraf.com

10Mənbələr