AZ

Ramazanın iyirminci gününün - imsak, iftar vaxtı və duası

Sabah Ramazan ayının iyirminci günüdür.

“Yeni Sabah” xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 10-u Bakıda imsak vaxtı saat 05:35, iftar isə 18:56-ya təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

İyirminci günün duası:

İlahi, bu gün mənim üçün cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla. Quran oxumaqda müvəffəq et. Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah !

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Seçilən
102
33
yenisabah.az

10Mənbələr