Bakı. Trend:
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəngedib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşıhəyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqınadəstəyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görəAzərbaycan Prezidentinə minnətdarlığını bildirib.