AZ

Neft sürətlə bahalaşırVİDEO

Neftin bahalaşması enerji ixrac edən dövlətlərin gəlirlərini artıracaq.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ-İsrail-İran müharibəsi başlayandan "Brent" markalı neftin qiyməti 20 %-ə yaxın artıb.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu da dövlət gəlirlərinin və valyuta ehtiyatlarının daha çox artmasına səbəb olacaq.

Millət vəkilinin sözlərinə görə, neftin qiymətinə sadəcə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir.

Qeyd edək ki, ABŞ Prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib. Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısa müddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
119
xezerxeber.az

1Mənbələr