ABŞ İranın qonşularını və dünyanı raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir.
Publika.az xəbər verir ki, bunu dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, ABŞ-ın davam edən hava hücumlarının məqsədi İranın ballistik raket ehtiyatını, onları istehsal etmək və atmaq qabiliyyətini məhv etməkdir. Rubio ABŞ-ın böyük güc və dəqiqliklə irəlilədiyini əlavə edib.