AZ

Putin Avropaya neft və qaz tədarükünə hazır olduğunu açıqladı

“Rusiya neft və qaz tədarükü ilə bağlı Avropa ilə işləməyə hazırdır, lakin "bizə onlardan siqnal lazımdır".

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu bu gün prezident Vladimir Putin deyib.

O, həmçinin qeyd edib ki, Rusiya "Avropanın enerji tədarükünə qarşı qapını nümayişkaranə şəkildə bağlamasını gözləməməli, həcmləri digər bazarlara yönəltməlidir".

Putin əlavə edib ki, Rusiya "etibarlı alıcılar" olan ölkələrə neft və qaz tədarükünü davam etdirəcək və onların arasında Slovakiya və Macarıstanın da adı çəkilir. O, həmçinin dünyanın bir neçə bölgəsində Rusiya yanacağının alıcılarına enerji tədarükünün hazırda ümumilikdə artdığını bildirib.

Putin xatırladıb ki, Rusiya enerji şirkətləri "həmişə sabitliyi ilə seçiliblər". O, onları mövcud neft qiymətləri vəziyyətindən yararlanmağa və əldə edilən gəlirdən bank borclarını ödəmək üçün istifadə etməyə çağırıb.

Putin bu açıqlamanı 9 martda Kremldə keçirilən qlobal neft və qaz bazarı ilə bağlı iclasda verib.

Qeyd edək ki, bu gün Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə Rusiya enerji sektoruna qarşı bütün sanksiyaların dərhal dayandırılmasını tələb edən məktub göndərib.

Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr