AZ

“İki xal itirdik” - Azər Bağırov

Misli premyer-liqasının 23-cü turunda “Kəpəz” səfərdə “Zirə” ilə heç-heçə etdi – 2:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov media önünə çıxıb.

- Azarkeşlərə təşəkkür edirəm. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeş dar gündə tanınır. “Zirə” illərin oturumuş komandasıdı. Maraqlı oyun alındı. Oyuna yaxşı başlamasaq da, toparlandıq. Heyif ki, qələbəni qoruya bilmədik.

- “Kəpəz” bu gün bir xal xazandı, yoxsa iki xal itirdi?
- Düşünsək ki, son saniyədə qol buraxdıq, iki xal itirdik.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
99
1
football-plus.az

2Mənbələr