AZ

“İki xal itirdik” Azər Bağırov

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli premyer-liqasının 23-cü turunda “Kəpəz” səfərdə “Zirə” ilə heç-heçə etdi – 2:2. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov media önünə çıxıb. - Azarkeşlərə təşəkkür edirəm. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeş dar gündə tanınır. “Zirə” illərin oturumuş komandasıdı. Maraqlı oyun alındı. Oyuna yaxşı başlamasaq da, toparlandıq. Heyif ki, qələbəni qoruya bilmədik.- “Kəpəz” bu gün bir xal xazandı, yoxsa iki xal itirdi?- Düşünsək ki, son saniyədə qol buraxdıq, iki xal itirdik. MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
1
icma.az

2Mənbələr