AZ

İsfahanda Səfəvilər dövrünə aid tarixi abidə ciddi zədələndi - FOTO

İsfahanda yerləşən Çehel-Sotun bağ-muzeyi (Qırx sütun sarayı) partlayış dalğaları nəticəsində ciddi zərər görüb. Tarixi abidə Səfəvilər dövrünə aid ən mühüm memarlıq komplekslərindən biri hesab olunur.

Bizim.Media xəbər verir ki, zərbələr və bombardman dalğaları nəticəsində sarayın bir sıra hissələrində əhəmiyyətli dağıntılar baş verib.

Xüsusilə pavilyonun eyvanlarında yerləşən güzgü işləmələri, rəsmlərlə bəzədilmiş otaqlar, qədim qapılar və qiymətli pəncərələr zədələnib.
 

Bildirilir ki, kompleksin əsas korpusundakı sütunların bir qismi yerindən tərpənib və deformasiya olunub. Mütəxəssislər yaxın günlərdə binanın müəyyən hissələrində çökmə riski yarana biləcəyini istisna etmirlər.


Bağ-muzey həmçinin UNESCO tərəfindən “İranın 9 bağ kompleksi” layihəsi çərçivəsində Dünya İrsi siyahısına daxil edilmiş abidələrdən biridir.

Buna baxmayaraq, beynəlxalq mədəni irs obyektlərinin qorunması üçün nəzərdə tutulan “Mavi qalxan” (Blue Shield) protokollarına riayət edilməsi belə bəzi unikal incəsənət elementlərini qorumağa kifayət etməyib.
 

Zərər görən elementlər arasında yaxın vaxtlarda qeyri-maddi mədəni irs kimi tanınmış məşhur güzgü dekorasiya sənəti də var.


Mütəxəssislər bildirirlər ki, bu elementlərin bərpası çox çətin və uzunmüddətli proses tələb edə bilər.













Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr