AZ

MY-də transfer hərəkətliliyi: Barkola siyahıya düşdü, Reşford yolçudur

İngiltərə nəhəngi "Mançester Yunayted" yay transfer pəncərəsi üçün iddialı planlarını qurmağa başlayıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Pari Sen-Jermen"in istedadlı vingeri Bredli Barkola var.

Tanınmış insayder Əkrəm Konurun yaydığı məlumata görə, 21 yaşlı fransız futbolçu Mançester təmsilçisinin transfer siyahısında əsas hədəflərdən birinə çevrilib. Rəhbərliyin gənc oyunçunun performansını yaxından izlədiyi və yayda rəsmi təkliflə Paris klubunun qapısını döyəcəyi bildirilir.

Bu transfer ehtimalını gücləndirən digər mühüm amil isə komandanın ulduzu Markus Reşfordun gələcəyi ilə bağlıdır. Belə ki, ingilis hücumçunun "Barselona"ya transferi getdikcə reallaşır.

Mənbənin iddiasına görə, Kataloniya klubu Reşford üçün 26 milyon funt-sterlinq ödəməyə hazırdır və tərəflər arasında danışıqlar müsbət məcrada davam edir.

Seçilən
54
1
fanat.az

2Mənbələr