"Football-plus.az" xəbər verir ki, 34 yaşlı futbolçu bu ilin sonunda karyerasını başa vura biləcəyini istisna etməyib: “Məni hələ nə gözlədiyini bilmirəm. Dekabr ayında futbolçu karyeramla vidalaşa biləcəyimi istisna etmirəm. Bu gün üçün yaşayıram. 2026-cı il həm Braziliya yığması, həm “Santos” həm də mənim üçün həlledici olacaq”.
Neymarın “Santos”la müqaviləsinin müddəti dekabrın sonuna qədərdi. Əlavə edək ki, Braziliya yığması yayda dünya çempionatında mübarizə aparacaq. Neymar qarşıdan gələn nəhəng turnirdə çempion olmaq istədiyini deyib:
“Həmişə demişəm ki, Braziliya yığmasında oynamaq şərəfdi. Uzun müddət milli komandanın bir hissəsi olduğum üçün qürur duyuram. Məqsədim Braziliya ilə dünya kubokunu qazanmaqdı. Dünya çempionatında iştirak etmək üçün əlimdən gələni edəcəm. Bu məsələdə çox şey məndən asılıdı, amma unutmamalısan ki, seçimi məşqçi edir. Dünya kubokuna qədər hələ çox vaxt var. Zədəm olmasa, ən yaxşı formama qayıda bilərəm”.
Yeri gəlmişkən, Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Neymarı yenidən komandaya dəvət etməyi planlaşdırır. Bu ay Fransa və Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyunları ərəfəsində təcrübəli hücumçunun yığmaya qayıtmaq şansı artıb.
“UOL Esporte” nəşrinin məlumatına görə, “Real”ın hücumçusu Rodriqonun ciddi zədə alması Ançelottinin bu qərarına birbaşa təsir göstərib. Hazırda italiyalı mütəxəssis 34 yaşlı forvardın fiziki durumunu və onun mart toplanışındakı faydasını dəyərləndirir.
Qeyd edək ki, Neymar milli komandanın heyətində keçirdiyi 128 matçda 79 qolun və 59 məhsuldar ötürmənin müəllifi olub. O, sonuncu dəfə Braziliya yığmasının formasını 2023-cü ilin oktyabrında geyib.