Bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərnişinlər tam təhlükəsizlik şəraitində yüklərini götürərək aeroportu tərk edirlər. Bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.