23 futbolçu qırmızı vərəqə aldı -
Braziliyanın "Liga Mineyro" turnirinin final oyununda qalmaqal baş verib. Metbuat.az xəbər verir ki, “Kruzeyro” və “Atletiko Mineyro” matçının son dəqiqələrində mübahisə baş verib və final fitindən sonra qarşıdurma müşahidə edilib. 23 futbolçuya qırmızı vərəqə göstərilib. Qeyd edək ki, oyun “Kruzeyro”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.