AZ

Rus hakerlər Niderland məmurlarının mesajlaşma qruplarına sızdı

Rus hakerlər Niderland məmurlarının mesajlaşma qruplarına sızdı

Niderlandın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) ilə Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) rus hakerlərin hollandiyalı məmurlar və hərbi personalın olduğu WhatsApp və Signal qruplarına sızdığını təsdiqləyib.

AFN.az xəbər verir ki, kəşfiyyat orqanlarının birgə bəyanatında Rusiya dövləti tərəfindən dəstəklənən hakerlərin dövlət işçiləri və hərbçilərin hesablarına giriş əldə etmək məqsədilə qlobal kiberhücum həyata keçirdikləri bildirilib.

Açıqlamada qeyd olunub ki, Rusiya hökumətinin maraq dairəsində ola biləcək jurnalistlər və digər şəxslər də bu kiberhücumun hədəfinə çevrilə bilərlər. Məlumata görə, hakerlər "Signal Dəstək" botu kimi özlərini təqdim edərək istifadəçiləri aldadıb və əldə etdikləri kodlar vasitəsilə hesabları ələ keçiriblər. Hakerlərin xüsusilə "bağlı cihazlar" funksiyasından istifadə edərək söhbət qruplarındakı mesajlara və həssas məlumatlara çıxış əldə etmə ehtimalının yüksək olduğu vurğulanıb.

MIVD direktoru Peter Reesink xəbərdarlıq edərək bildirib ki, şifrələmə sistemlərinə baxmayaraq, bu tip tətbiqlər gizli və xidməti məlumatların ötürülməsi üçün istifadə edilməməlidir. Kəşfiyyat xidmətləri həmçinin diqqətə çatdırıb ki, 2024-cü ildən etibarən Rusiyadan gələn kiber təhdidlər daha aqressiv xarakter alıb və bu fəaliyyətlər təkcə onlayn mühitlə məhdudlaşmayıb, həm də fiziki zərər vurma potensialına malikdir.

Seçilən
59
afn.az

1Mənbələr