AZ

ABŞ təyyarədaşıyan gəmisi Hind okeanına doğru yola düşüb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“USS Gerald R. Ford” Qırmızı dənizdən keçərək Hind okeanına doğru üzür

5 martda Şərqi Aralıq dənizindən yola düşən ABŞ təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” Qırmızı dənizdən keçərək Hind okeanına doğru üzür. AYNA.AZ xəbər veruir ki, bu barədə “İtamilradar” portalı məlumat yayıb.

“USS Gerald R. Ford” hazırda Səudiyyə Ərəbistanı sahilləri yaxınlığındadır və müşayiət edən idarə olunan raket esmineslərinin gəlişini gözləyir. Yəmən yaxınlığındakı Bab əl-Məndəb boğazından keçərkən gəmi onların müşayiətinə ehtiyac duya bilər.

“USS Gerald R. Ford” və onu müşayiət edən gəmilərin İran sahillərindən 350 km cənub-şərqdə, Ərəb dənizində döyüş tapşırıqları yerinə yetirən “USS Abraham Lincoln” təyyarədaşıyan zərbə qrupuna qoşulması gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
125
ayna.az

1Mənbələr