AZ

Ərdoğan: Müharibə dayandırılmalı və yeni danışıqlar prosesi başlanmalıdır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Yaxın Şərqdə artan gərginlik və hərbi əməliyyatların genişlənməsi fonunda Türkiyə rəhbərliyi regionda sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətinin Qəzza zolağından yayındığı bir vaxtda iki dövlətli həll perspektivini zəiflədən addımlar atır və bu siyasət regionda sülh prosesini təhlükə altına qoyur.

Dövlət başçısı İsrail hökumətinin son dövrlərdə həyata keçirdiyi siyasətin beynəlxalq hüquqa zidd olduğunu və bunun bölgədə gərginliyi daha da artırdığını qeyd edib.

Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə yeni hərbi macəraların başlanması yalnız münaqişə tərəfləri üçün deyil, bütün region və dünya üçün ağır nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, regionun yenidən geosiyasi qarşıdurmaların mərkəzinə çevrilməsi qəbulolunmazdır.

Türkiyə prezidenti qeyd edib ki, Ankara xarici siyasətində yalnız milli maraqlara deyil, həm də ədalətli sülh prinsiplərinə əsaslanır və hər hansı münaqişənin sülh yolu ilə həllinin mümkün olduğuna inanır.

Ərdoğan bildirib ki, son günlər Türkiyə istiqamətinə yönələn ballistik raketlər vaxtında zərərsizləşdirilib və bu məsələ ilə bağlı İran tərəfinə rəsmi xəbərdarlıqlar göndərilib.

Dövlət başçısı həmçinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların regionda daha geniş münaqişəyə səbəb ola biləcəyinə diqqət çəkərək müharibənin tezliklə dayandırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün yeni danışıqlar prosesinin başlanması mümkündür və bütün tərəflər sülhə yönəlmiş diplomatik səylərə üstünlük verməlidir.

Seçilən
62
turkic.world

1Mənbələr