AZ

"Müharibə bitdi!" – Tramp İranın hərbi gücünün tamamilə sıfırlandığını elan etdi

ABŞ Prezidenti Donald Tramp CBS News telekanalına verdiyi son müsahibəsində İranla münaqişənin vəziyyəti barədə gözlənilməz və iddialı açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp hərbi əməliyyatların artıq son mərhələyə daxil olduğunu və İranın hərbi gücünün demək olar ki, tamamilə məhv edildiyini bəyan edib.

Tramp,-"Düşünürəm ki, müharibə böyük ölçüdə bitib (very complete, pretty much)" deyərək əməliyyatın planlaşdırılan 4-5 həftəlik vaxt qrafikindən çox irəlidə olduğunu bildirib.

O, İranın artıq bir dövlət kimi müdafiə qabiliyyətini itirdiyini iddia edib: "Onların nə donanması, nə rabitə sistemi, nə də hərbi hava qüvvələri qalıb. Raketləri pərən-pərən düşüb, dronları isə istehsalat yerindəcə partladılır. Hərbi mənada heç nəyi qalmayıb. İran artıq əlində olan hər şeyi (raket və dronları) buraxıb və onlara məsləhətim budur ki, hər hansı axmaq addım atmasınlar. Əks halda, bu, həmin ölkənin sonu olar" – deyə Tramp əlavə edib.

Yeni seçilmiş Ali Rəhbər Müctəba Xameneyi ilə heç bir əlaqə qurmaq niyyətində olmadığını deyən Tramp, "Onun üçün heç bir mesajım yoxdur" deyərək Tehranın yeni rəhbərliyini tanımadığını bir daha nümayiş etdirib.

Trampın bu bəyanatı Pentaqonun son hesabatları ilə üst-üstə düşür. Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir həftədə İranın 3000-dən çox hərbi hədəfinin vurulduğunu və ölkənin hava hücumundan müdafiə sistemlərinin 80%-nin sıradan çıxarıldığını təsdiqləyib. Brifinqlərdə bildirilir ki, İranın artıq sistemli şəkildə müharibə aparmaq imkanı qalmayıb və yalnız dağınıq raket zərbələri endirə bilər.

 

Musavat.com

Seçilən
100
50
musavat.com

10Mənbələr