AZ

Makron: “Bu müharibənin yaxın günlərdə bitəcəyinə heç nə işarə etmir”

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən İranla bağlı gərginlik barədə danışaraq münaqişənin tezliklə bitəcəyinə inanmadığını bildirib.

Musavat.com xəbər verir ki, Makron çıxışında qeyd edib ki, hazırkı vəziyyət müharibənin yaxın günlərdə sona çatacağını göstərmir və tərəflər uzunmüddətli qarşıdurmaya hazır olmalıdır.

Fransa prezidenti bildirib ki, hazırda əsas məsələ ölkələrin uzun müddət davam edə biləcək gərginliyə hazır vəziyyətə gətirilməsidir. Onun sözlərinə görə, münaqişənin intensiv mərhələsi ən azı bir neçə gün, hətta bir neçə həftə davam edə bilər. 

Makron əlavə edib ki, hadisələrin inkişafı tərəflərin son məqsədlərini necə müəyyənləşdirəcəyindən və bu müharibədən hansı nəticəni əldə etmək istədiklərini necə izah edəcəklərindən asılı olacaq.

Fransa liderinin bu açıqlaması ABŞ prezidenti Donald Trump tərəfindən səsləndirilən bəzi optimist proqnozlardan fərqli mövqe kimi qiymətləndirilir. Tramp bir neçə saat öncə münaqişənin tezliklə səngiyə biləcəyini ehtimal etdiyini bildirmişdi.

 

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr