AZ

Avstraliya Trampın müraciətindən sonra beş iranlı futbolçuya viza verəcək

BAKI, 10 mart. TELEQRAF

Avstraliya İranın qadın futbol yığmasının beş üzvünə ölkədə qalmaq üçün viza verməyə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, futbolçular Asiya Kubokunda iştirak etdikdən sonra Avstraliyada qalmaq imkanı əldə edəcəklər.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, İran qadın futbol yığmasının bəzi üzvləri Avstraliya hakimiyyətindən bu ölkədə sığınacaq almaq məsələsində dəstək görüblər. Komandanın bir hissəsi isə vətənə qayıtmaq istədiyini bildirib.

Tramp həmçinin Avstraliyanın futbolçuların İrana qayıtmasına icazə verməsini “böyük humanitar səhv” adlandırmış və ABŞ-nin onları qəbul etməyə hazır olduğunu qeyd etmişdi.

Qeyd edək ki, İranın qadın futbol yığması Avstraliyada keçirilən Asiya Kubokunda çıxışını başa vurub. Komanda qrup mərhələsində keçirdiyi üç oyunun hamısında məğlub olaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Seçilən
96
16
teleqraf.com

10Mənbələr