AZ

Niderland Aralıq dənizinə freqat göndərir

Niderland hökuməti Kiprin və digər müttəfiqlərin müdafiəsinə kömək etmək məqsədilə Fransanın xahişi ilə Aralıq dənizinə freqat göndərəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Niderland, Fransa ilə yanaşı, Yaxın Şərqdə kəskinləşən böhran səbəbindən təhlükə altında olan dəniz gəmiçiliyinin təhlükəsizliyini təmin etmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən həftə Niderland hökuməti Fransanın Aralıq dənizinə göndərilmiş "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə dəstək məqsədilə hava hücumundan müdafiə və idarəetmə freqatı verilməsi xahişi ilə müraciət etdiyini açıqlayıb.

Seçilən
51
far.az

1Mənbələr