AZ

Sarayda yolu keçmək istəyən piyadanı maşın vurdu

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Saray qəsəbəsi, "Yeni yol" adlanan ərazidə baş verib.

Belə ki, yolu keçmək istəyən piyadanı, 1956-cı təvəllüdlü Niyazi Rüstəmovu "Azsamand" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
78
3
musavat.com

5Mənbələr