Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Səhər yeməyinin vaxtı sağlamlıq üçün düşündüyümüzdən daha vacib ola bilər. Son araşdırmalar göstərir ki, günün ilk saatlarında qidalanmaq təkcə enerji vermir, eyni zamanda uzunömürlülüklə də əlaqəli ola bilər.Demokrat.az-ın məlumatına görə Böyük Britaniyada təxminən 3 min yetkin insan arasında aparılan uzunmüddətli tədqiqat maraqlı nəticə ortaya qoyub. Araşdırmaya əsasən, səhər yeməyini hər saat gecikdirmək ölüm riskini 8–11 faiz artırır. Xüsusilə yaşlı insanlarda səhər yeməyinin gecikməsi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir."Harvard Medical School"un qidalanma üzrə tədqiqatçısı Hassan Dashti bildirir ki, səhər yeməyinin vaxtı, xüsusilə yaşlılarda ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün mühüm göstərici sayılır. Onun sözlərinə görə, gec saatlarda səhər yeməyi yeyənlərdə iştah itkisi, halsızlıq və müxtəlif sağlamlıq problemlərinin yaranma ehtimalı daha yüksək olur.Bununla belə, alimlər vurğulayır ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsi kimi qəbul edilməməlidir. Səhər yeməyinin gecikməsi bəzən artıq mövcud olan gizli sağlamlıq problemlərinin göstəricisi də ola bilər.Türkiyəli qastroenteroloq Vedat Göral isə hesab edir ki, səhər yeməyinin ən uyğun vaxtı saat 6–8 arasıdır. Onun sözlərinə görə, bu saatlarda qidalanmaq infarkt, bəzi xərçəng növləri və digər ciddi xəstəliklərin riskini azaltmağa kömək edə bilər.Ekspertlər bildirir ki, səhərin erkən saatlarında qəbul olunan qida orqanizmin bioloji ritmini tənzimləyir, maddələr mübadiləsini aktivləşdirir və gün ərzində həm fiziki, həm də zehni enerjinin daha sabit qalmasına kömək edir. Bu vərdiş həyat keyfiyyətini artırmaqla yanaşı, uzunömürlülüyə də müsbət təsir göstərə bilər.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.